- Transfer
- 23:59 26.03.2026
Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo “Aston Villa” ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı futbolçu “Vasko da Qama”ya keçib.
Koutinyo ötən ilin yayından etibarən Braziliya təmsilçisində icarə əsasında çıxış edirdi. İndi isə tərəflər onun transfer hüququ ilə tam keçidi mövzusunda razılığa gəliblər. Müqavilənin detallarına və transfer məbləğinə dair məlumat verilməyib.
“Aston Villa” oyunçunun komandaya verdiyi töhfəyə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Koutinyo İngiltərə təmsilçisinin heyətində 43 rəsmi matçda 6 qol və 3 assistlə yadda qalıb.