6 dekabr 2025. Şənbə

"Qalatasaray" Sommerdən imtina edib


  • Transfer
  • 23:49 05.07.2025
  • Oxunma sayı: 126
"Qalatasaray" Sommerdən imtina edib

“İnter” klubunun qapıçısı Yann Sommerin “Qalatasaray”a keçməsi ehtimalı aşağıdır.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul klubu 36 yaşlı qolkiperi ilə bağlı maaş tələblərinə görə marağını azaldıb.

“Qalatasaray” rəhbərliyi futbolçunun yaşı nəzərə alınaraq verdiyi təklifləri yüksək hesab edib.

Sommer 2023-cü ildən “İnter”də çıxış edir. Bu mövsümdə o, bütün turnirlərdə 53 oyun keçirib və 22 görüşdə qapısını toxunulmaz saxlayıb. Qapıçının hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.  Sommerin bazar dəyəri 4 milyon avrodur.







Transfer