- Transfer
- 23:53 19.07.2025
İngiltərə Premyer Liqası klublarından "Kristal Pelas" "Ayaks"ın müdafiəçisi Borna Sosanın transferində maraqlıdır.
90deqiqe.Az-ın "Nyu-York Tayms"a istinadən yaydığı xəbərə görə, London təmsilçisi 27 yaşlı xorvatiyalı futbolçu üçün Niderland klubuna rəsmi təklif göndərib.
Fərdi göstəricilərlə diqqət çəkməyən, lakin sabit oyun keyfiyyətləri ilə seçilən cinah müdafiəçisinin bazar dəyəri 4,5 milyon avro olaraq qiymətləndirilir. "Ayaks"la Sosa arasında olan müqavilə 2028-ci ilin yayında başa çatır.
Geridə qalan mövsümdə xorvatiyalı futbolçu icarə əsasında İtaliya "Torino"sunda çıxış edib. O, A Seriyasında 19 oyunda iştirak etsə də, məhsuldarlıq göstəricisi ilə fərqlənməyib.