- Transfer
- 22:00 05.12.2025
"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luisin İngiltərə Premyer Liqasına geri dönməsi gündəmdədir.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Everton" və "Fulhem" yaxından maraqlanır.Sözügedən klublar artıq braziliyalı futbolçunun agenti ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Duqlas Luis A Seriyasına yollanmadan öncə "Aston Villa"nın formasını geyinib. Hazırda onun "Yuventus"la müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Transfer dəyəri 30 milyon avro civarında qiymətləndirilən yarımmüdafiəçi ötən mövsüm A Seriyada 19 oyuna çıxıb və 2 sarı vərəqə alıb.