- Transfer
- 22:00 05.12.2025
ABŞ-ın "İnter Mayami" klubu argentinalı ulduz hücumçu Lionel Messi ilə mövcud müqaviləni uzatmaq niyyətindədir.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən yaydığı xəbərə görə, kllub rəhbərliyi 38 yaşlı futbolçunu daha uzun müddət komandada saxlamağın mümkün olacağına inanır.
Hazırda Messi ilə olan müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir. Buna baxmayaraq, son vaxtlar onunla Səudiyyə Ərəbistanının bəzi klublarının maraqlandığı bildirilirdi.
Messi "İnter Mayami"yə 2023-cü ilin yayında keçib. O, peşəkar karyerası ərzində "Barselona" və PSJ-nin formasını geyinib. Kataloniya klubunun heyətində 10 dəfə La Liqa çempionu olan futbolçu, 7 dəfə İspaniya Kubokunu, 4 dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.