6 dekabr 2025. Şənbə

Cek Qriliş "Mançester Siti"dən ayrılmağa yaxındır


  • Transfer
  • 12:31 08.07.2025
  • Oxunma sayı: 125
Cek Qriliş "Mançester Siti"dən ayrılmağa yaxındır

İngiltərə millisinin və "Mançester Siti"nin vingeri Cek Qrilişin yay transfer pəncərəsində klubdan ayrılması gözlənilir.

90deqiqe.Az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçuya maraq göstərən klublar arasında İtaliya təmsilçisi "Napoli", eləcə də İngiltərənin "Nyukasl" və "Tottenhem" komandaları yer alır. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Şəhərlilər" isə yalnız 46 milyon avroluq təklif olacağı halda Qrilişi satmağa hazırdır.

Ötən mövsüm Cek Qriliş "Mançester Siti"nin heyətində 32 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







Transfer