6 dekabr 2025. Şənbə

"Liverpul" Paulo Dibalaya elçi düşdü


  • Transfer
  • 12:35 08.07.2025
  • Oxunma sayı: 111
"Liverpul" Paulo Dibalaya elçi düşdü

"Roma"nın və Argentina millisinin hücumçusu Paulo Dibalanın Premyer Liqaya keçmək ehtimalı yaranıb.

90deqiqe.Az-ın "Il Romanista"ya istinadən yaydığı xəbərə görə, 31 yaşlı futbolçunun xidmətində "Liverpul" maraqlıdır. İngiltərə təmsilçisinin rəhbərliyi artıq Dibalanın nümayəndələri ilə ilkin təmas qurub və danışıqlara başlayıb.

Argentinalı oyunçunun "Roma" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Xatırladaq ki, Dybala mart ayından bəri zədə səbəbilə yaşıl meydana çıxmır. O, ötən mövsüm ümumilikdə 36 oyunda forma geyinərək 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda futbolçunun transfer dəyəri 8 milyon avro civarındadır.







Transfer