6 dekabr 2025. Şənbə

"Nyukasl" Mark Gexinin transferi üçün harekətə keçdi


  • Transfer
  • 12:41 08.07.2025
  • Oxunma sayı: 112
"Nyukasl" Mark Gexinin transferi üçün harekətə keçdi

İngiltərə millisinin və "Kristal Pelas"ın müdafiəçisi Mark Gexi karyerasını digər Premyer Liqa klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Give Me Sport"a istinadən yaydığı xəbərə görə, 24 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Nyukasl Yunayted" maraqlıdır. "Səyyahlar" rəqiblərini qabaqlayaraq Gexinin transferini tezliklə həll etmək niyyətindədir. Artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.

Hazırda Gexinin "Kristal Pelas"la müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. O, geridə qalan mövsümdə ümumilikdə 44 oyunda meydana çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.







Transfer