- Transfer
- 22:00 05.12.2025
"Çelsi"nin mərkəz müdafiəçisi Aksel Disasi La Liqada çıxış edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Disasi ilə artıq İspaniyanın "Vilyarreal" klubu əlaqə saxlayıb və tərəflər mümkün əməkdaşlıq barədə danışıqlar aparır. Eyni zamanda futbolçunun durumunu "Nyukasl" və İtaliya A Seriyasından bir neçə klub da yaxından izləyir.
Fransalı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirdikdən sonra iyul ayında London klubuna geri dönüb. Lakin "zadəganlar" 27 yaşlı müdafiəçini gələcək planlarına daxil etmədikləri üçün onun satışına razıdırlar.
"Çelsi" Aksel Disasinin transferindən təxminən 30 milyon avro gəlir əldə etmək istəyir. Müdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.