6 dekabr 2025. Şənbə

"Tottenhem" yaponiyalı müdafiəçi transfer edib


  • Transfer
  • 13:12 08.07.2025
  • Oxunma sayı: 116
"Tottenhem" yaponiyalı müdafiəçi transfer edib

İngiltərənin “Tottenhem” klubu “Kavasaki Frontale”nin və Yaponiya yığmasının müdafiəçisi Kota Takainin transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 20 yaşlı futbolçu London təmsilçisi ilə 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Kota Takai “Kavasaki Frontale”nin akademiyasının yetirməsidir. O, 17 yaşında, 2022-ci ilin aprelində əsas komandada debüt edib. Həmin vaxtdan bəri Takai bütün turnirlərdə 81 oyun keçirərək 4 qol vurub. Ötən mövsüm müdafiəçi klubunun Asiya Çempionlar Liqasının finalına yüksəlməsində mühüm rol oynayıb.

Yaponiya millisində debütünü 2024-cü ilin sentyabrında edən futbolçu, bu vaxta qədər 4 matçda çıxış edib.

Transfermarkt portalı Kota Takainin bazar qiymətini 2,5 milyon avro kimi qiymətləndirir.







Transfer