6 dekabr 2025. Şənbə

"Arsenal" Kristian Nyorqoru transfer etməyə yaxındır


  • Transfer
  • 13:35 08.07.2025
  • Oxunma sayı: 115
"Arsenal" Kristian Nyorqoru transfer etməyə yaxındır

"Brentford" klubunun yarımmüdafiəçisi Kristian Nyorqor karyerasını Londonun digər təmsilçisi "Arsenal"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, futbolçunun xidmətində London klubu maraqlıdır. Danimarkalı dayaq yarımmüdafiəçisinin transferi “topçular”a 11,5 milyon avroya başa gələcək. Əlavə olaraq, müəyyən şərtlər yerinə yetirildiyi halda "Brentford" bonus şəklində daha 5,8 milyon avro gəlir əldə edəcək.

31 yaşlı futbolçu daha əvvəl "Fiorentina" və "Brøndby" klublarının da formasını geyinib. O, ötən mövsüm klub səviyyəsində 35 qarşılaşmada iştirak edib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Nyorqor eyni zamanda Danimarka millisinin heyətində də müntəzəm çıxış edir.







Transfer