6 dekabr 2025. Şənbə

"Yuventus" Konsesau üçün "Portu"ya yeni təklif hazırlayır


  • Transfer
  • 13:44 08.07.2025
  • Oxunma sayı: 138
"Yuventus" Konsesau üçün "Portu"ya yeni təklif hazırlayır

"Yuventus" yay transfer dönəmində heyətini yeni vingerlə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya nəhəngi ilk növbədə “Portu”nun gənc futbolçusu Fransisku Konsesau ilə maraqlanır. 

22 yaşlı portuqaliyalı ötən mövsümü "Yuventus"da icarə əsasında keçirsə də, müqaviləsi başa çatdıqdan sonra "Portu"ya qayıdacaq. Turin klubu futbolçunun birdəfəlik transferi üçün səylərini davam etdirir. "Əjdahalar" Konsesau üçün 30 milyon avro tələb edir və "Yuventus" rəhbərliyi yaxın günlərdə yeni təkliflə çıxış etməyə hazırlaşır.

Bununla belə, alternativ plan da var. Klub "Mançester Yunayted"də gözlənilən ayrılıq astanasında olan Ceydon Sançonu da nəzərdən keçirir. 25 yaşlı futbolçu ilə bağlı danışıqlar aparılsa da, ingilis futbolçu hələlik "B planı" kimi qiymətləndirilir.

Qeyd edək ki, Fransisku Konsesau geridə qalan mövsümdə "Yuventus"un heyətində dinamik çıxışı ilə yadda qalmış və baş məşqçi tərəfindən yüksək qiymətləndirilmişdi.







Transfer