14 dekabr 2025. Bazar günü

“Mançester Yunayted” “Mançester Siti”nin futbolçusunu istəyir


  • Transfer
  • 16:39 08.07.2025
  • Oxunma sayı: 148
“Mançester Yunayted” “Mançester Siti”nin futbolçusunu istəyir

“Mançester Siti”nin müdafiəçisi Abdukodir Husanovun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

90deqiqe.Az-ın “Scout in Eurasia”ya istinadən yaydığı xəbərə görə, özbək futbolçunun xidmətində “Mançester Yunayted”maraqlıdır. “Qırmızı şeytanlar” 21 yaşlı oyunçunu müdafiə xəttinə potensial gücləndirmə kimi nəzərdən keçirir.  

“Mançester Yunayted” artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Husanov “Siti”yə keçdikdən sonra kifayət qədər oyun şansı qazanmayıb. Klublararası dünya çempionatında isə cəmi bir matçda meydana çıxıb. Bu səbəbdən “Mançester Siti” rəhbərliyi futbolçunun icarəyə verilməsini istisna etmir.

“Transfermarkt” portalına əsasən, Abdukodir Husanovun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı