27 mart 2026. Cümə

“Betis” albaniyalı üçün ikinci təklifə hazırlaşır


  • Transfer
  • 17:52 08.07.2025
  • Oxunma sayı: 141
“Betis” albaniyalı üçün ikinci təklifə hazırlaşır

“Inter”in albaniyalı yarımmüdafiəçisi Kristian Asllani İspaniyanın “Betis” klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, Sevilya təmsilçilərinin göndərdiyi 8 milyon avroluq ilkin təklif “neradzurra” rəhbərliyi tərəfindən rədd edilib.

 “Betis” Asllanini heyətinə qatmaqda qərarlıdır və yaxın zamanda daha yaxşı şərtlərlə yeni təklif irəli sürəcək.

23 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə “Inter”in heyətində bütün turnirlər üzrə 39 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Transfermarkt onun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.

Asllaninin Milan klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb