27 mart 2026. Cümə

"Hayduk" "Zirə" ilə oyunlar öncəsi heyətini gücləndirdi


  • Transfer
  • 19:00 08.07.2025
  • Oxunma sayı: 155
"Hayduk" "Zirə" ilə oyunlar öncəsi heyətini gücləndirdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Xorvatiyanın "Hayduk" (Split) klubu heyətinə yeni futbolçu cəlb edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Split təmsilçisi 29 yaşlı sağ cinah müdafiəçisi Fran Karaçiçin transfer edib. Klub futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, "Zirə" və "Hayduk" arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab oyunu isə iyulun 31-də Splitdə keçiriləcək.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb