13 may 2026. Çərşənbə

Səmədov həvəskar liqada


  • Transfer
  • 12:19 29.08.2019
  • Oxunma sayı: 478
Səmədov həvəskar liqada

Rusiya millisinin Azərbaycan əslilli sabiq futbolçusu Aleksandr Səmədov karyerasını bərpa edib.

Corner.az-ın xəbərinə görə, 35 yaşlı yarımmüdafiəçi Rusiya həvəskar liqası olan dördüncü divizion təmsilçisi "Znamya"da davam etdirəcək. Bu barədə klubun "VKontakte"dəki səhifəsi məlumat yayıb.

Onun sentyabrın 7-i "Vityaz"la matçda debüt edəcəyi bildirilib.

Qeyd edək ki, A.Səmədov ötən mövsüm "Krılya Sovetov"da oynayıb. O,  iyulda karyerasını başa vurduğunu açıqlamışdı.(qol)







Transfer