14 dekabr 2025. Bazar günü

“Qalatasaray” Osimhen üçün 75 milyon avroluq təklif irəli sürdü


  • Transfer
  • 02:29 09.07.2025
  • Oxunma sayı: 154
“Qalatasaray” Osimhen üçün 75 milyon avroluq təklif irəli sürdü

“Qalatasaray” klubu “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi üçün təklifini artırıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisinin son təklifi 26 yaşlı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği – 75 milyon avroya bərabərdir. Lakin “Qalatasaray” bu məbləği birdəfəlik ödəyə bilmədiyi üçün təklifdə ödənişin beş ilə bölünməsi nəzərdə tutulur. Bu isə şərti olaraq sərbəstqalma bəndinin aktivləşdirilməsi sayılmır.

Əgər bu transfer gerçəkləşsə, nigeriyalı futbolçu “Qalatasaray” tarixinin ən bahalı futbolçusuna çevriləcək. Hazırda klubun rekord transferi 2024/25 mövsümündə “Norviç”dən 18 milyon avroya alınan yarımmüdafiəçi Qabriel Saraya məxsusdur.

Xatırladaq ki, Osimhen ötən mövsümü “Qalatasaray”da icarə əsasında keçirmiş və 41 oyunda 37 qol, 8 məhsuldar ötürmə ilə yadda qalmışdı. Onun “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı