- Transfer
- 23:58 14.04.2026
Sabah'ın sabiq futbolçusu Miloş Boşançiç "Vozdovaç"da çox qalmayıb.
Corner.az-ın Serbiya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yerli komandadan ayrılıb.
Martda "Sabah"la yollarını ayıran futbolçu "Vozdovaç"la keçən ay müqavilə bağlamışdı. Lakin cəmi 1 ay sonra futbolçunun sözləşməsinə xitam verilib. Buna baxmayaraq Boşançiç artıq özünə yeni komanda da tapıb. Belə ki, o, Serbiyanın digər klubu "Rad"la razılaşıb.
Qeyd edək ki, Miloş Boşançiç ötən ilin yayında "Keşlə"yə keçsə də, sentyabrda "Sabah"a üz tutmuşdu