14 dekabr 2025. Bazar günü

Messi “İnter Mayami” ilə yeni müqaviləyə yaxınlaşır


  • Transfer
  • 16:46 09.07.2025
  • Oxunma sayı: 126
Messi “İnter Mayami” ilə yeni müqaviləyə yaxınlaşır

38 yaşlı hücumçu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubu ilə yeni müqaviləyə yaxınlaşır.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, argentinalı forvard karyerasını ABŞ-da davam etdirmək niyyətindədir. Hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər olan Messi ilə yeni razılaşmanın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, karyerası ərzində “Barselona” və “PSJ” kimi nəhəng klubların formasını geyinib. “Barselona” ilə 10 dəfə La Liqa, 7 dəfə İspaniya Kuboku və 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

“PSJ” ilə Fransa çempionu olan Messi, həmçinin Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionluğunu qazanıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı