- Transfer
- 19:12 13.12.2025
“Çelsi” klubunun qapıçısı Jordje Petrovic karyerasını “Bornmut”da davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Bornmut” 25 yaşlı qolkiperin transferi üçün “Çelsi”yə rəsmi təklif göndərib.
Serbiyalı futbolçunun özü də keçidə müsbət yanaşır, lakin hələlik klublar arasında razılaşma əldə olunmayıb. Hazırda danışıqlar davam edir.
Xatırladaq ki, ötən həftə “Sanderlend” Petroviclə bağlı “Çelsi” ilə anlaşa bilməmişdi. Bu isə “Bornmut”un transferi reallaşdırmaq şansını artırır.
Petrovic ötən mövsümü icarə əsasında Fransanın “Strasburq” klubunda keçirmişdi. O, Liqa 1-də 31 oyunda forma geyinib və 10 matçda qapısını toxunulmaz saxlayıb.