27 mart 2026. Cümə

“Tottenhem” Romeroya əvəzləyici tapıb


  • Transfer
  • 17:50 09.07.2025
  • Oxunma sayı: 162
“Tottenhem” Romeroya əvəzləyici tapıb

"Tottenhem" Maksim Estevin transferi üçün "Börnli" ilə danışıqları yenidən başladıb.

90deqiqe.Az-ın məlumatına görə, London klubu 23 yaşlı mərkəz müdafiəçisini Kriştian Romero klubdan ayrılacağı halda onun əvəzləyicisi kimi nəzərdən keçirir. "Tottenhem" artıq futbolçunun agenti ilə ilkin danışıqlarda aparıb.

Fransalı futbolçu ötən mövsüm "Börnli"nin heyətində Çempionşipdə 46 oyuna çıxıb və 1 qol vurub. Onun Premyer Liqa təcrübəsi məhdud olsa da, göstərdiyi stabil çıxış London nəhənginin diqqətini çəkib.

Estevin "Börnli" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun dəyərini 20 milyon avro olaraq göstərir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb