6 dekabr 2025. Şənbə

Ceydon Sançonun “Yuventus”a keçidi reallaşmaq üzrədir


  • Transfer
  • 19:08 09.07.2025
  • Oxunma sayı: 129
Ceydon Sançonun “Yuventus”a keçidi reallaşmaq üzrədir

“Mançester Yunayted”in vingeri Ceydon Sanço “Yuventus”a transfer olunmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, Turin klubu 25 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərində razılıq əldə edib. İngiltərə təmsilçisi də “qoca sinyora”nın təklifinə müsbət cavab verməyə hazırdır.

Gözlənilməz bir hal baş verməsə, bu keçid yaxın günlərdə rəsmiləşəcək. “Yuventus” bu transfer üçün təxminən 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, daha əvvəl “Yuventus” “Portu”nun futbolçusu Fransişku Konseseyonu transfer etməyə çalışsa da, portuqaliyalılarla razılıq əldə olunmayıb.

Xatırladaq ki, Ceydon Sanço ötən mövsümü icarə əsasında “Çelsi”də keçirmişdi.







Transfer