- Transfer
- 22:00 05.12.2025
İngiltərə Premyer Liqasının son mövsümünü ikinci pillədə başa vuran “Arsenal” heyətini yeni transferlə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, London təmsilçisi Danimarka millisinin üzvü Kristian Nyorqoru transfer edib.
31 yaşlı təcrübəli yarımmüdafiəçi “Brentford” klubundan transfer olunub.
O, keçmiş klubunda bütün turnirlər daxil olmaqla 196 oyunda meydana çıxıb, 13 qola və 18 məhsuldar ötürməyə imza atıb. Bu qarşılaşmaların 122-si İngiltərə Premyer Liqasına təsadüf edib.
Xatırladaq ki, “Arsenal” 2024/25 mövsümündə 38 oyundan 74 xal toplayaraq Premyer Liqanı ikinci sırada başa vurub. Çempionluğa isə 84 xalla “Liverpul” sahib çıxıb.