6 dekabr 2025. Şənbə

Morqan "Mançester Siti" ilə şəxsi razılıq əldə etdi


  • Transfer
  • 19:32 10.07.2025
  • Oxunma sayı: 153
Morqan "Mançester Siti" ilə şəxsi razılıq əldə etdi

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt karyerasını “Mançester Siti”də davam etdirməyə hazırlaşır.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən yaydığı xəbərə görə, futbolçu “şəhərlilər”lə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

Hazırda iki klub arasında transferin maliyyə detalları ilə bağlı razılaşma olmasa da, 25 yaşlı futbolçunun “Mançester Siti”yə keçmək qərarını verdiyi bildirilir.

Gibbs-Uayt geridə qalan Premyer Liqa mövsümündə “Nottingem Forest”in heyətində 34 oyuna çıxaraq 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı yarımmüdafiəçinin bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.







Transfer