14 dekabr 2025. Bazar günü

"İnter" Marko Asensionu heyətinə qatmaq istəyir


  • Transfer
  • 22:30 10.07.2025
  • Oxunma sayı: 155
"İnter" Marko Asensionu heyətinə qatmaq istəyir

PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Marko Asensio karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, A Seriyasının nəhəng klublarından olan “İnter” 28 yaşlı futbolçunun transferində maraqlıdır.

Mənbənin bildirdiyinə əsasən, fransız klubunun planlarında yer almayan Asensionun nümayəndələri hazırda onun üçün yeni komanda axtarışındadır. "Nerradzura" isə artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Futbolçunun PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı Asensionun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Asensio ötən mövsümün ikinci yarısını icarə əsasında İngiltərənin “Aston Villa” klubunda keçirmişdi. Premyer Liqada 13 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qola və 1 məhsuldar ötürməyə imza atıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı