- Transfer
- 18:38 24.11.2024
Millimizin sabiq futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, son olaraq “Boluspor”da çıxış edən, yayda sözügedən klubla yollarını ayıran millimizin keçmiş müdafiəçisi TFF I liqanın digər təmsilçisi “Altınordu”ya transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ufukla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi Türkiyədə daha öncə “Əskişəhərspor”, “Qazişəhər”, “Kayserispor”, “Manisaspor” və “Samsunspor” klublarında da oynayıb.