6 dekabr 2025. Şənbə

“Sportinq” onun üçün “Yuventus”la danışıqları davam etdirir


  • Transfer
  • 12:31 12.07.2025
  • Oxunma sayı: 127
“Sportinq” onun üçün “Yuventus”la danışıqları davam etdirir

Portuqaliya millisinin gənc futbolçusu Alberto Koşta karyerasını yenidən vətənində davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Yuventus”un 21 yaşlı sağ cinah müdafiəçisi Alberto Koşta “Sportinq”ə keçməyə razılıq verib.

Portuqaliya klubu gənc oyunçunun transferi üçün “Yuventus”a təxminən 18 milyon avro təklif etsə də, Turin təmsilçisi daha yüksək məbləğ tələb edir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Koşta bu ilin yanvar ayında “Vitória Gimaraeş”dən 13.8 milyon avroya “Yuventus”a transfer olunmuşdu. Onun “qoca sinyora” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalı müdafiəçinin bazar dəyərini 10 milyon avro olaraq göstərir.







Transfer