6 dekabr 2025. Şənbə

“Bavariya” Nik Voltemadeni transfer etmək istəyir - “Ştutqart” 80 milyon avro tələb edir


  • Transfer
  • 13:32 12.07.2025
  • Oxunma sayı: 152
“Bavariya” Nik Voltemadeni transfer etmək istəyir  - “Ştutqart” 80 milyon avro tələb edir

“Ştutqart”ın mərkəz hücumçusu Nik Voltemade karyerasını “Bavariya”da davam etdirə bilər.

90deqiqe.Az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, “Bavariya” 23 yaşlı forvard üçün əvvəlcə 40 milyon avro təklif edib, lakin bu məbləğ “Ştutqart” tərəfindən qəbul olunmayıb. Klub hücumçusunun transfer qiymətini 80 milyon avro olaraq müəyyənləşdirib.

Hazırda futbolçunun “Ştutqart”la olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı isə Voltemadenin bazar dəyərini 30 milyon avro olaraq göstərir.

Qeyd edək ki, Nik Voltemade 2024/25 mövsümündə 33 oyuna çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer