27 mart 2026. Cümə

"Brentford" Cordan Hendersonla anlaşıb


  • Transfer
  • 18:57 12.07.2025
  • Oxunma sayı: 191
"Brentford" Cordan Hendersonla anlaşıb

"Brentford" yaxın günlərdə təcrübəli ingilis yarımmüdafiəçi Cordan Hendersonun transferini rəsmən açıqlayacaq.

90deqiqe.Az-ın “BBC"ə istinadən yaydığı xəbərə görə, azad agent statusunda olan futbolçu bu keçidlə İngiltərə millisinin diqqətində qalaraq, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştirak etməyi hədəfləyir.

33 yaşlı futbolçu son iki ildir Premyer Liqada çıxış etmir. 2023-cü ildə uzun illər formasını geyindiyi, kapitanı olduğu “Liverpul”dan ayrılan Henderson əvvəlcə Səudiyyə Ərəbistanında “Əl-İttifaq” klubunda Stiven Cerrardın rəhbərliyi altında çıxış edib. Daha sonra karyerasını Niderlandın “Ayaks” komandasında davam etdirib.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb