14 dekabr 2025. Bazar günü

Qallaheri Premyer Liqaya qayıda bilər


  • Transfer
  • 13:18 13.07.2025
  • Oxunma sayı: 168
Qallaheri Premyer Liqaya qayıda bilər

İngiltərənin "Nyukasl" klubu Konor Qallaherin transferi ilə maraqlanır.

90deqiqe.Az-ın “Teamtalk”a istinadən yaydığı xəbərə görə, hazırda İspaniya "Atletiko"sunun formasını geyinən 25 yaşlı yarımmüdafiəçi Premyer Liqaya qayıda bilər.

"Nyukasl" rəhbərliyi Qallaheri yay transfer dönəmində heyətə qatmaq niyyətindədir. Artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Qallaherin hazırkı bazar dəyəri 40 milyon avro civarında qiymətləndirilir. O, ötən mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 50 oyunda meydana çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərə millisinin üzvü ilə "Atletiko" arasında olan müqavilə 2029-cu ilin yayına qədər qüvvədədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı