14 dekabr 2025. Bazar günü

Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək


  • Transfer
  • 18:08 13.07.2025
  • Oxunma sayı: 141
Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək

"Liverpul"un sabiq hücumçusu Roberto Firmino Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı forvard bundan sonra karyerasını Qətərin "Əl-Sədd" klubunda davam etdirəcək. 

"Əl-Sədd"  klubu təcrübəli futbolçu ilə artıq şəxsi müqavilə imzalayıb və rəsmi açıqlamanın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

33 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi “Əl-Əhli”yə keçib. Bu müddət ərzində Firmino bütün turnirlərdə 65 matçda iştirak edib, o, 21 qol vurub və 17 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt internet portalı braziliyalının bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı