6 dekabr 2025. Şənbə

"Milan" Teo Hernandesə əvəzləyici tapıb


  • Transfer
  • 14:20 14.07.2025
  • Oxunma sayı: 154
"Milan" Teo Hernandesə əvəzləyici tapıb

"Real Madrid"in müdafiəçisi Fransisko Qarsiya "Milan"ın maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, müdafiəçi “Əl-Hilal”a keçən Teo Hernandesi əvəz edə bilər.

İtaliya klubu ispan müdafiəçinin namizədliyini nəzərdən keçirir, çünki Alvaro Karrerasın Madrid komandasına "Benfika"dan transferinin tezliklə baş tutacağı gözlənilir.

Bundan sonra Qarsiya daha "Real Madrid"in heyətində yerini itirə bilər.

Ötən mövsüm 25 yaşlı müdafiəçi Madrid klubunun heyətində İspaniya çempionatında 31 matçda meydana çıxıb və iki məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.







Transfer