- Transfer
- 22:00 05.12.2025
“Real Madrid”in ulduz hücumçusu Vinisius Junior “Liverpul”a transfer oluna bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Defensa Central” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, “kral klubu” 25 yaşlı forvardı satış siyahısına daxil edib. “Liverpul” isə braziliyalını heyətinə qatmaq üçün 100 milyon avro rəsmi təklif hazırlayır. Bundan əlavə, “qırmızılar” 30 milyon avro həcmində bonus da təklif etməyə hazırlaşır.
2024/2025 mövsümündə Vinisius bütün turnirlər üzrə 58 matçda iştirak edib, 22 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, braziliyalı futbolçunun Madrid klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.