- Transfer
- 22:00 05.12.2025
Madridin “Real” klubu braziliyalı hücumçu Rodriqonun transferinə yaşıl işıq yandıra bilər.
90deqiqe.Az xəbər verir ki, “kral klubu” 24 yaşlı futbolçunu yalnız yüksək məbləğli təklif olduğu halda satmağa razı olacaq.
Hazırda Rodriqoya İngiltərə Premyer Liqasının aparıcı klublarının maraq göstərdiyi bildirilir.
“Real” braziliyalı oyunçu üçün 120-130 milyon avro aralığında təzminat tələb edir.
Daha əvvəl Rodriqonun “Arsenal” və “Liverpul”un transfer siyahısında yer aldığı haqda xəbərlər yayılmışdı.
Rodriqo 2019-cu ilin yayında “Real”a qoşulub. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.