6 dekabr 2025. Şənbə

“Vest Hem” “Liverpul”un iki futbolçusu ilə maraqlanır


  • Transfer
  • 21:35 14.07.2025
  • Oxunma sayı: 186
“Vest Hem” “Liverpul”un iki futbolçusu ilə maraqlanır

 “Liverpul”un iki yarımmüdafiəçisi – Harvi Elliott və Tayler Morton karyerasını “Vest Hem”də davam etdirə bilər.

90deqiqe.Az “The Guardian”a istinadən xəbər verir ki,  Arne Slotun rəhbərlik etdiyi “Liverpul” bu futbolçulara start heyətində yer verməyi planlaşdırmadığı üçün onların satışına açıqdır.

“Vest Hem” hər iki futbolçunu cari transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir. “Transfermarkt” Harvi Elliottu 30 milyon avro, Tayler Morton isə 7 milyon avro dəyərində qiymətləndirir.

21 yaşlı Elliott indiyədək “Liverpul”un əsas komandasında 147 matçda iştirak edib. 21 yaşlı Morton isə 14 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Liverpul” ötən mövsüm Premyer Liqanın qalibi olub, “Vest Hem” isə çempionatı 14-cü pillədə tamamlayıb.







Transfer