- Transfer
- 22:00 05.12.2025
“Sportinq”in hücumçusu Viktor Dyökereşin “Arsenal”a keçidi yaxın vaxtlarda reallaşa bilər.
90deqiqe.Az xəbər verir ki, isveçli forvardın nümayəndələri artıq Londona gəlib və transferin son detalları üzərində iş aparılır.
Razılıq əldə olunduqdan sonra Dyökereş tibbi müayinədən keçəcək və “topçular”la rəsmi müqavilə imzalayacaq.
26 yaşlı futbolçu 2023-cü ildən “Sportinq”in formasını geyinir. Bu müddət ərzində 102 oyunda meydana çıxan hücumçu 97 qol vurub, 28 məhsuldar ötürmə ilə yadda qalıb.