14 dekabr 2025. Bazar günü

“Bavariya” “Arsenal”ın futbolçusuna "elçi" düşdü


  • Transfer
  • 23:08 14.07.2025
  • Oxunma sayı: 225
 “Bavariya” “Arsenal”ın futbolçusuna "elçi" düşdü

“Arsenal”ın hücumçusu Leandro Trosard karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az “Bild” nəşrinə istinadən xəbər verir ki, Belçika millisinin üzvü ilə “Bavariya” maraqlanır. Münhen klubu uzun müddətə sıradan çıxan Camal Musialanı məhz Trosardla əvəzləməyi planlaşdırır. Almaniya klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

30 yaşlı futbolçu ötən mövsüm “topçular”ın heyətində 56 oyuna çıxıb, 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Arsenal”la müqaviləsi 2026-cı ilin yayına kimidir. Trosarın transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı