- Transfer
- 23:59 26.03.2026
"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Pablo Torre "Malyorka"ya keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "blauqrana"nın mətbuat xidməti məlumat yayıb. Klubların 22 yaşlı ispaniyalının tam transferi ilə bağlı razılığa gəldiyi iddia edilir. Eyni zamanda, “Barselona”nın geri almaq üçün prioritet hüququ olacağı,
Kataloniya klubunun da futbolçunun sonrakı satışından müəyyən faiz alacağı vurğulanır.
Torre 2022-ci ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində o, 27 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Şayiələrə inanırsınızsa, "Malyorka" Torreni "Barselona"dan cəmi 500 min avroya alıb.