27 mart 2026. Cümə

"Benfika"dan "Real"a


  • Transfer
  • 23:25 14.07.2025
  • Oxunma sayı: 246
"Benfika"dan "Real"a

"Real Madrid" "Benfika"da çıxış edən sol cinah müdafiəçisi Álvaro Karrrerasın transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2031-ci ilədək nəzərdə tutulub. İspaniyalı müdafiəçinin təqdimat mərasimi çərşənbə axşamı günü keçiriləcək.

"Kral klubu" bu transfer üçün "Benfika"ya 50 milyon avro ödəyəcək. Qeyd olunan məbləğ mərhələli şəkildə ödəniləcək.

Karrreras "Benfika"ya 2024-cü ilin yanvarında qoşulmuşdu. O, bu müddətdə Portuqaliya təmsilçisinin heyətində 68 oyunda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb