- Transfer
- 23:59 26.03.2026
"Real Madrid" rəhbərliyi Vinisius Juniorla yeni müqavilə imzalamaq məsələsində ehtiyatlı davranır.
90deqiqe.Az xəbər verir ki, tərəflər arasında danışıqlar yay mövsümünün sonuna qədər təxirə salınıb. Klubun hücumçunun gələcəyi ilə bağlı yekun qərarı qarşıdakı mövsümdəki performansından sonra verəcəyi bildirilir.
Xatırladaq ki, daha əvvəl mediada "Real"ın Vinisiusun oyunundan narazı qaldığı və onu satmağa hazır olduğu haqda xəbərlər yayılmışdı. "Liverpul"un futbolçu üçün artıq təklif hazırladığı da iddia olunur.
25 yaşlı braziliyalı forvard ötən mövsüm "kral klubu"nun heyətində 58 oyunda meydana çıxıb, 22 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.