15 may 2026. Cümə

Renat Dadaşovun yeni klubu bəlli oldu


  • Transfer
  • 14:47 15.07.2025
  • Oxunma sayı: 151
Renat Dadaşovun yeni klubu bəlli oldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Polşanın "Motor" klubu 26 yaşlı futbolçu ilə anlaşıb.

Dadaşov yeni klubu ilə sonradan uzatmaq şərtilə1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, R.Dadaşov ötən mövsüm Polşanın digər klubu "Radomyak"da çıxış edib.







Transfer