- Transfer
- 19:12 13.12.2025
“Liverpul”un kolumbiyalı cinah hücumçusu Luis Dias klubdan aldığı yeni müqavilə təklifindən narazı qalıb.
90deqiqe.Az-ın “ESPN Colombia”a istinadən yaydığı xəbərə görə, 27 yaşlı futbolçu rəhbərliyin ona təklif etdiyi şərtlərin komandaya verdiyi töhfəyə uyğun olmadığını düşünür. Məhz bu səbəbdən tərəflər arasında münasibətlər gərgin hal alıb.
Hücumçunun ətrafındakı qeyri-müəyyənlik fonunda “Barselona” və “Bavariya” oyunçunun xidmətində maraqlı olan klublardır.
Luis Dias geridə qalan mövsümdə “Liverpul”un heyətində bütün turnirlər daxil olmaqla 50 oyunda meydana çıxıb, 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “qırmızılar”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.