- Transfer
- 23:59 26.03.2026
“Bavariya”nın yarımmüdafiəçisi Joao Palinya karyerasını “İnter” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “Bayern & Germany” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçunun xidmətində "nerradzura" maraqladır. İtaliya nəhəngi artıq 30 yaşlı oyunçunun agenti ilə əlaqə saxlayıb.
Münhen təmsilçisi futbolçunu 25–30 milyon avro civarında bir məbləğə satmağa hazırdır.
Qeyd edək ki, Palinya ötən mövsüm “Bavariya”nın heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, lakin qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 30 milyon avro olaraq göstərir.