6 dekabr 2025. Şənbə

“Atletiko” yeni transferini açıqladı


  • Transfer
  • 23:45 15.07.2025
  • Oxunma sayı: 180
“Atletiko” yeni transferini açıqladı

“Botafoqo”nun yarımmüdafiəçisi Tyaqo Almadanın Madridin “Atletiko” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçunun yaxın günlərdə İspaniyanın paytaxtına gedəcəyi, burada tibbi müayinədən keçdikdən sonra “Atletiko” ilə müqavilə imzalayacağı bildirilib.

Müqavilənin müddəti və transferin maliyyə detalları hələlik açıqlanmayıb.

Xatırladaq ki, argentinalı yarımmüdafiəçi 2024-cü ilin yayından Braziliya klubunun oyunçusudur. 2025-ci ilin qışında Almada icarə əsasında "Lion"a keçib. Bu müddətdə 20 matçda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer