6 dekabr 2025. Şənbə

“Mançester Yunayted”in Mbeumo üçün danışıqları dayandırıb


  • Transfer
  • 22:39 16.07.2025
  • Oxunma sayı: 212
“Mançester Yunayted”in Mbeumo üçün danışıqları dayandırıb

“Mançester Yunayted” klubu “Brentford”un hücumçusu Brayan Mbeumonun transferi ilə bağlı danışıqları müvəqqəti dayandırıb.

90deqiqe.Az-ın “The Guardian”a istinadən yaydığı xəbərə görə, “Brentford” ilk olaraq təklif edilən 74 milyon avro məbləğini qəbul etməyib və oyunçu üçün 75 milyon avro tələb edib. Lakin daha sonra London klubu qiyməti bir qədər də qaldıraraq 81 milyon avroya yaxınlaşdırıb.

Bu dəyişiklik “Mançester Yunayted”in mövqeyinə təsir edib – klub 75 milyon avrodan artıq ödəmək niyyətində deyil və tələblərin artması fonunda transferi təxirə salıb. Məlumata görə, “Brentford” tərəfi vəziyyətdən narahat deyil, çünki Mbeumonun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və klubun onu əlavə bir il uzatma hüququ var.

Qeyd edək ki, 25 yaşlı kamerunlu hücumçu ötən mövsüm “Brentford”un heyətində bütün turnirlərdə 42 oyuna çıxaraq 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.







Transfer