14 dekabr 2025. Bazar günü

Sanço İstanbul nəhənginə keçir?


  • Transfer
  • 22:52 16.07.2025
  • Oxunma sayı: 206
Sanço İstanbul nəhənginə keçir?

"Mançester Yunayted"in hücumçusu Cedon Sanço karyerasını Türkiyə çempionatında davam etdirməyə razıdır.

90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu Türkiyə klublarına maaş tələbi ilə çıxış edib. Sanço ildə ən azı 15 milyon avro qazanmaq istəyir. 

25 yaşlı futbolçu ilə "Beşiktaş"ın maraqlanır. İstanbul təmsilçisinin artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Əvvəllər İtaliyanın "Yuventus" klubu Sançoya ciddi maraq göstərərək, "Mançester Yunayted"ə 17,3 milyon avro təklif etmişdi.

Keçən mövsümü 25 yaşlı hücumçu icarə əsasında "Çelsi"də keçirib. Londonda 41 oyuna çıxaraq 5 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, Sançonun bazar qiyməti hazırda 28 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı