6 dekabr 2025. Şənbə

“Arsenal” Noni Maduikeyi transfer edib


  • Transfer
  • 23:33 16.07.2025
  • Oxunma sayı: 196
“Arsenal” Noni Maduikeyi transfer edib

“Çelsi”nin vingeri Noni Maduike karyerasını “Arsenal” klubunda davam etdirəcək. 

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O, rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyini qeyd edib. 23 yaşlı futbolçu ilə müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

İngiltərəli futbolçu “Çelsi”yə 2023-cü ilin qışında Niderlandın PSV klubundan keçmişdi. İki ildən bir qədər artıq “zadəganlar”ın formasını geyinən Maduike əsasən sağ cinahda çıxış etsə də, sol kənarda da oynaya bilir.

Transfermarkt portalı onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Bu transferlə Mikel Artetanın rəhbərlik etdiyi komanda hücum xəttini daha da gücləndirmiş oldu.







Transfer