6 dekabr 2025. Şənbə

“Arsenal” onu yenidən icarəyə göndərir


  • Transfer
  • 23:39 16.07.2025
  • Oxunma sayı: 204
“Arsenal” onu yenidən icarəyə göndərir

“Arsenal”ın yarımmüdafiəçisi Reiss Nelson karyerasını növbəti dəfə icarə əsasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Fulhem" maraqlıdır. Sözügedən komanda artıq futbolçunun yenidən icarəyə götürülməsi üçün futbolçunun agenti və London klubu ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Nelson ötən mövsümü də məhz “Fulhem”də icarədə keçirmişdi. “Topçular”ın yetirməsi olan futbolçu daha əvvəl Almaniyanın “Hoffenhaym” və Niderlandın “Feyenoord” klublarında da icarə əsasında çıxış edib.

Transfermarkt portalı ingiltərəli vingeri 16 milyon avro dəyərində qiymətləndirir. “Fulhem” ötən Premyer Liqa mövsümünü 54 xalla 11-ci pillədə başa vurmuşdu.

“Arsenal”ın yay transfer pəncərəsində hücum xəttini “Çelsi”dən Noni Maduike və “Kristal Pelas”dan Ebereçi Eze ilə gücləndirə biləcəyi də mediada səslənən xəbərlər arasındadır.







Transfer