- Transfer
- 22:00 05.12.2025
"Mançester Yunayted" hücumçusu Antoni ilə yollarını yalnız 58 milyon avrodan az olmayan məbləğ qarşılığında ayırmağa razıdır.
90deqiqe.Az-ın "UOL"a istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçunun transferi ilə "Nyukasl" və "Brayton" klubları maraqlanır.
Eyni zamanda Almaniyanın aparıcı klublarından "Leyptsiq" və "Bayer" də braziliyalını heyətinə qatmaq istəyir. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Antoni "Mançester Yunayted"ə 2022-ci ildə "Ayaks"dan transfer olunub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında İspaniya təmsilçisi "Betis"də keçirib və bu müddətdə 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı futbolçunu 35 milyon avro dəyərində qiymətləndirir.