6 dekabr 2025. Şənbə

"Nyukasl"ı "Lids"ə dəyişir


  • Transfer
  • 23:59 16.07.2025
  • Oxunma sayı: 211
"Nyukasl"ı "Lids"ə dəyişir

"Nyukasl"ın yarımmüdafiəçisi Şon Lonqstaf yaxın vaxtlarda "Lids Yunayted"in şərəfini qoruyacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O klublar arasında 12 milyon avro məbləğində razılıq əldə olunduğunu və oyunçunun şəxsi müqavilə şərtləri ilə razılaşdığını bildirib.

27 yaşlı yarımmüdafiəçi 2019-cu ildə "Nyukasl"a altı illik müqavilə ilə keçib. Ötən mövsümdə o, 32 oyunda iştirak edib və bir assistlə yadda qalıb.

Transfermarkt-a görə, futbolçunun bazar qiyməti 20 milyon avrodur.







Transfer